...

Ötən il ümumi təhsil müəssisələri üçün çap edilən dərsliklərin sayı məlum olub

Cəmiyyət Materials 14 Mart 2025 11:10 (UTC +04:00)
Ötən il ümumi təhsil müəssisələri üçün çap edilən dərsliklərin sayı məlum olub
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2024/2025-ci tədris ilinə ümumi təhsil müəssisələri üçün 322 adda 7244,5 min nüsxə dərslik çap edilərək məktəblərə çatdırılıb.

Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Qeyd edilib ki, 2024/2025-ci tədris ilinə ümumi təhsil müəssisələri üçün 67 adda (52 adda yeni və 15 adda təkmilləşdirilmiş) dərslik və metodiki vəsaitlərin hazırlanması və təkmilləşdirilməsi ilə bağlı işlər aparılıb, ilk dəfə olaraq ümumtəhsil məktəblərinin 1-ci və 2-ci sinifləri üçün azsaylı xalqın dili olan "Tat dili" dərslikləri hazırlanıb.

“2024/2025-ci tədris ilinə ümumi təhsil müəssisələri üçün 322 adda 7244,5 min nüsxə dərslik çap edilərək məktəblərə çatdırılıb, 14 ehtiyat dərsliyin pilot sınağı təşkil edilib, www.trims.edu.az saytında yeniliklər edilib, saytın dizaynı və funksiyaları təkmilləşdirilərək yeni "Video resurslar" bölməsi yaradılıb.

"Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları"na əsasən yeni hazırlanmış təbiət (V-VI), təkmilləşdirilmiş həyat bilgisi (I-IV), riyaziyyat (I-XI), biologiya (VII-XI) və kimya (VII-XI) fənləri üzrə təhsil proqramları (kurikulumlar) təsdiq edilib.

Ümumi orta təhsil səviyyəsini bitirmiş şagirdlərə növbəti təhsil səviyyəsində keyfiyyətli təhsil imkanlarını təmin etmək, onlar üçün daha uyğun öyrədici və sosial-psixoloji mühit yaratmaq məqsədilə 2024/2025-ci tədris ilindən 5 ümumi təhsil müəssisəsində fəaliyyət yalnız tam orta təhsil səviyyəsi üzrə təşkil edilib”,- deyə məlumatda qeyd edilib.

Xəbər lenti

Xəbər lenti