...

İşğaldan azad olunmuş ərazilərdə 11 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir

Cəmiyyət Materials 14 Mart 2025 11:16 (UTC +04:00)
İşğaldan azad olunmuş ərazilərdə 11 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ildə işğaldan azad olunmuş ərazilərində ilk ali təhsil müəssisəsi olan Qarabağ Universiteti fəaliyyətə başlayıb. Burada hazırda 6 fakültə, 27 ixtisas üzrə 1154 nəfər tələbə təhsil alır və 160 nəfər (60 nəfər akademik, 85 nəfər inzibati, 15 nəfər texniki heyət) çalışır.

Trend xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib.

İşğaldan azad olunmuş ərazilərində 2024-cü ildə 6 ümumi təhsil müəssisəsi və 3 məktəbəqədər təhsil müəssisəsi fəaliyyətə başlamışdır. Ümumilikdə isə işğaldan azad olunmuş ərazilərdə 11 ümumi təhsil müəssisəsi (Zəngilan rayonu Ağalı kənd tam orta məktəbi, Ağdərə rayonu Talış kənd ümumtəhsil məktəbi, Laçın rayonu Zabux kənd tam orta məktəbi, Şuşa şəhər 1 nömrəli tam orta məktəb, Cəbrayıl şəhər Akademik Mehdi Mehdizadə adına tam orta məktəb, Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Laçın şəhər 2 nömrəli tam orta məktəb, Laçın rayon Sus kənd tam orta məktəbi, Xocalı şəhər 1 nömrəli tam orta məktəb, Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəb, Xocalı rayonu Ballıca kənd məktəbi) və 6 məktəbəqədər təhsil müəssisəsi (Zəngilan rayonu Ağalı kənd məktəbəqədər təhsil müəssisəsi, Ağdərə rayonu Talış kənd məktəbəqədər təhsil müəssisəsi, Laçın rayon Sus kənd körpələr evi-uşaq bağçası, Laçın rayonu Zabux kənd körpələr evi-uşaq bağçası, Xankəndi şəhəri körpələr evi-uşaq bağçası, Xocalı şəhər 1 nömrəli körpələr evi-uşaq bağçası) fəaliyyətə başlayıb. Ağdam şəhər 1 nömrəli tam orta məktəb üçün 960 sagird yerlik binasında təmir-tikinti işləri yekunlaşmış, son tamamlanma və abadlıq işləri görülməkdədir.

Kəlbəcər şəhər tam orta məktəb ücün 960 sagird yerlik binanın tikintisi üzrə işlərin 75%-i tamamlanmış, Laçın şəhəri 1 nömrəli 400 şagird yerlik tam orta məktəb, Xocalı rayonu, Malıbəyli kənd 432 şagird yerlik tam orta məktəb, Hadrut qəsəbə tam orta məktəb binalarının tikintisinin layihələndirilməsi başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti