...

Bakıda temperatur 27 dərəcəyədək yüksələcək

Cəmiyyət Materials 14 Mart 2025 17:12 (UTC +04:00)
Bakıda temperatur 27 dərəcəyədək yüksələcək
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın günlərdə ölkə ərazisində havanın temperaturu daha da yüksələcək. Səhər və axşam saatlarında dumanlı hava şəraiti davam edəcək.

Trend xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, növbəti həftənin ilk günlərində, martın 17-18-də havanın temperaturu yüksələrək Bakıda və Abşeron yarımadasında +22 dərəcədən +27 dərəcəyədək, Aran rayonlarında +25 dərəcədən +30 dərəcəyədək, dağlıq rayonlarda isə +18 dərəcədən +23 dərəcəyədək olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti