...

Rus bölməsi üçün Azərbaycan dili imtahanları rəqəmsallaşdırılacaq - Məleykə Abbaszadə

Cəmiyyət Materials 17 Mart 2025 17:10 (UTC +04:00)
Rus bölməsi üçün Azərbaycan dili imtahanları rəqəmsallaşdırılacaq - Məleykə Abbaszadə
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Gələcəkdə rus bölməsi üçün Azərbaycan dili imtahanları da rəqəmsallaşdırılacaq.

Trend xəbər verir ki, bunu bu gün "Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanı"nın sınaq versiyası üçün onlayn platformanın istifadəyə verilməsi ilə bağlı tədbirdə Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu imtahanlar hələ ki, kağız variantda keçirilir, yaxın gələcəkdə bu imtahanlar da onlayn formata keçiriləcək.

Dövlət İmtahan Mərkəzi müəyyən bir mərhələdən sonra bu imtahan əsasında Azərbaycan dili üzrə sertifikatlar verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti