...

Bakının bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

Cəmiyyət Materials 18 Mart 2025 09:40 (UTC +04:00)
Bakının bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Bakının Yasamal və Suraxanı rayonlarının bəzi küçələrində qaz təchizatı dayandırılacaq.

Trend xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Yasamal rayonu, H.Zərdabi küçəsində qaz quyusundakı siyirtmədə aşkar olunmuş sızmanın aradan qaldırılması, Suraxanı rayonu, O.Şabanov küçəsinda qaz sayğaclarının giriş hissələrinin fleks üsulu ilə yığılması məqsədilə martın 18-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Yasamal rayonunun H.Zərdabi küçəsi və Tiblisi prospektinin bir hissəsinin, Suraxanı rayonunun isə O.Şabanov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti