...

Boşanmış şəxslərin ailə mübahisələri üzrə mediator olmasına məhdudiyyət qoyulmalıdır – Deputat

Cəmiyyət Materials 18 Mart 2025 12:55 (UTC +04:00)
Boşanmış şəxslərin ailə mübahisələri üzrə mediator olmasına məhdudiyyət qoyulmalıdır – Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Mediasiya haqqında qanunda” mediatorların ixtisaslaşdırılması daha yaxşı olar. Məsələn, bir filoloq iqtisadi mübahisələri necə həll edə bilər? Bu doğrudurmu? Mediatorun ixtisasına baxmaq lazımdır.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili təklif edib ki, boşanmış şəxslər mediator ola bilməsinlər.

“Boşanan bir şəxs əgər məhdudiyyətlər yoxdursa, gedib sertifikat alır və ailə mübahisələrində medaitor kimi çıxış edir. Məhdudiyyətlər tətbiq olunmalıdır. Ailəsindən və ya bir neçə dəfə boşanan kimsə gəlib sertifikat alıb ailə məsələləri ilə bağlı meditasiya aparmasın.

Bütün hallarda mütləq məhkəməyə qədərki proseslərdə mediasiyanın tətbiqi o qədər də doğru olmaz. Vətəndaş əgər mediasiya istəmirsə, birbaşa məhkəməyə müraciət etmək istəyirsə, ona bu hüququ vermək lazımdır”, - deyə deputat qeyd edib.

Xəbər lenti

Xəbər lenti