...

Suqovuşan kəndinə bu gün 20 ailə köç edib (FOTO)

Cəmiyyət Materials 19 Mart 2025 11:11 (UTC +04:00)
Suqovuşan kəndinə bu gün 20 ailə köç edib (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdərə. Trend:

Ağdərə rayonunun Suqovuşan kəndinə bu gün 20 ailə köç edib.

Trend xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin İcmaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı deyib.

“Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksi istifadəyə verilib. Kəndə köçlə bağlı ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb.

2,3 hektar sahədə yaradılan kompleks 5 mərtəbəlidir və 5 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə bir, iki, üç və dördotaqlı 190 mənzil var. Kənddə yararsız vəziyyətdə olan 144 şagird yerlik tam orta məktəbin binasında da əsaslı təmir işləri aparılıb.

Bundan əlavə, ümumi gücü 7,8 meqavatt olan “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyaları yenidənqurmadan sonra istifadəyə verilib. Suqovuşanda “istirahət kompleksi layihəsi” icra olunub”, - o bildirib.

Xəbər lenti

Xəbər lenti