...

DSX-nin hərbi qulluqçularının maaşı ilə bağlı yeni QƏRAR

Cəmiyyət Materials 19 Mart 2025 17:21 (UTC +04:00)
DSX-nin hərbi qulluqçularının maaşı ilə bağlı yeni QƏRAR
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri yeni redaksiyada təsdiq edilib.

Trend xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib.

Qərarla həmçinin Dövlət Sərhəd Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri də yeni redaksiyada təsdiq edilib.

Sənədə əsasən, Maliyyə Nazirliyi bu qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edəcək

Qeyd edək ki, bu qərar 2025-ci il yanvarın 1-dən tətbiq ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti