...

Qar uçqununa düşən hərbçilərimizin FOTOLARI

Cəmiyyət Materials 20 Mart 2025 17:30 (UTC +04:00)
Qar uçqununa düşən hərbçilərimizin FOTOLARI
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Həmidov Ruslan Rüstəm oğlu və əsgər İmanov Əli Tariyel oğlu dumanlı hava şəraitində qar uçqununa düşüblər.

Trend xəbər verir ki, qar uçqununa düşən Azərbaycan hərbçilərinin axtarışları davam edir.

Gədəbəy rayonu ərazisində yerləşən “N” saylı hərbi hissənin əsgərləri postdan qayıdan zaman Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Həmidov Rüstəm Ruslan oğlu və əsgər İmanov Əli Tariyel oğlu dumanlı hava şəraitində qar uçqununa düşüb.

Hərbçilərin tapılması məqsədilə axtarış-xilasetmə tədbirlərinə Azərbaycan Ordusunun aidiyyəti bölmələri, Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin podratçı şirkətinin qüvvə, vasitə və xüsusi texnikaları cəlb edilib.

Trend əsgər Həmidov Rüstəm Ruslan oğlunun və İmanov Əli Taryel oğlunun fotolarını təqdim edir:

Xəbər lenti

Xəbər lenti