...

ADY son iki gündə 3800-ə yaxın sərnişinin rahat və təhlükəsiz səfərini təşkil edib

Cəmiyyət Materials 20 Mart 2025 19:00 (UTC +04:00)
ADY son iki gündə 3800-ə yaxın sərnişinin rahat və təhlükəsiz səfərini təşkil edib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 18-20 mart tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərərək rayonlararası istiqamətlərdə 3800-ə yaxın sərnişinin rahat və təhlükəsiz səfərini təşkil edib.

Trend ADY-yə istinadən xəbər verir ki, 18-20 mart tarixlərində bütün qatarlarda 100%-ə yaxın doluluq qeydə alınıb.

Qeyd olunub ki, tələbatı təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə 28, Bakı-Qəbələ-Bakı marşrutu üzrə 20 əlavə reys təyin olunub, Bakı-Balakən-Bakı qatarlarına isə əlavə vaqonlar qoşulub.

Xəbər lenti

Xəbər lenti