...

Yağış yağacaq, külək güclənəcək

Cəmiyyət Materials 22 Mart 2025 12:40 (UTC +04:00)
Yağış yağacaq, külək güclənəcək
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Martın 23-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə +4 dərəcədən +7 dərəcəyədək, gündüz +8 dərəcədən +12 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə +2 dərəcədən +7 dərəcəyədək, gündüz +9 dərəcədən +14 dərəcəyədək, dağlarda gecə -3 dərəcədən -8 dərəcəyədək, gündüz 0 dərəcədən -3 dərəcəyədək olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti