Bakı. Trend:
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfa rayonunun Kırna kənd mərkəzində seçiciləri ilə növbəti görüşünü keçirib.
Trend xəbər verir ki, görüşdə Qızılca kəndindən olan seçicilər də iştirak ediblər.
Deputat görüşlərdə seçicilərin müraciətlərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.
Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər.
Milli Məclisin deputatı həmçinin Kırna kəndindən olan şəhid Göydağlı Ramazan Əbülfət oğlu, Qızılca kəndinən olan şəhid Rzayev Kənan Əbdürrəhman oğlu, Əbrəqunus kəndinən olan şəhid Seyidov Miryasin Mirqafar oğlu və Saltaq kəndindən olan şəhid Gülməmmədov Amin Mayis oğlunun ailələrini evlərində ziyarət edib.
Görüşlərdə Vüqar Rəhimzadə bildirib ki, dövlətimiz və xalqımız torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının qəhrəmanlığını hər zaman yüksək qiymətləndirir, onların xatirəsini daim əziz tutur. Şəhidlərimizin həyat yolu indiki və gələcək nəsillər üçün nümunədir.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.