Bakı. Trend:
Bizim təşkilatımız 2023-cü ildə çox qısa bir zamanda, cəmi 4 ay ərzində 7 müstəmləkə əsarətində olan ərazi ilə sıx əməkdaşlıq qurub.
Trend xəbər verir ki, bunu bu gün Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov“Kolonializm: Milli-dini kimliyin silinməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, artıq 15 ərazi ilə əməkdaşlıq edirlər:
"Bu gün artıq bizim əməkdaşlıq etdiyimiz ərazilərin sayı 15-dir. Biz bu ərazilərin müstəmləkə əsarəti altından qurtulmasını və müstəqil dövlət olmalarını arzu edirik. Düşünürəm ki, mən və Bakı Təşəbbüs Qrupu komandası bunu yaxın gələcəkdə görə biləcəyik. Əminəm ki, siyahıda qeyd edilən bütün ərazilər müstəqil olacaqlar. Bu siyahıda olan 3 ərazi, Keniya, Mali, Niger artıq mütəqilliklərinə qovuşublar. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Neokolonializm bu ölkədə mövcuddur və Fransa hökuməti tərəfindən tətbiq edilir",- deyə o əlavə edib.