Bakı. Trend:
Martın 30-da Azərbaycanda müqəddəs Ramazan bayramı qeyd olunur. Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Fətvasına uyğun olaraq bu münasibətlə məscidlərdə bayram namazı qılınıb.
Trend xəbər verir ki, məscidlərdə qılınan bayram namazında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi yad olunub, dövlətimizin daha da qüdrətlənməsi, ölkədəki sabitliyin davamlı olması, xalqımızın rifahı üçün dualar oxunub. Allah-Taaladan mərhəmət, rifah dolu və xeyir-bərəkət dilənib.
Uca Yaradan Ramazan ayında tutulan orucları, qılınan namazları, bu müqəddəs gündə edilən duaları qəbul etsin, inşallah. Amin!
xxx
08:30
Ramazan ayının başa çatması ilə əlaqədar Azərbaycanda məscidlərdə bayram namazı qılınır.
Trend xəbər verir ki, bu gün Əjdərbəy məscidində bayram namazı saat 08:00-da, Təzəpir məscidində isə saat 09:00-da qılınacaq.
Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı martın 1-də başlayıb. Nazirlər Kabinetinin qərarına əsasən, martın 30-u və 31-i ölkədə Ramazan bayramı kimi qeyd edilir.