Bakı. Trend:
2025-ci il martın 29-da Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib.
Trend xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, iştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.
İmtahanda 15 nəfər iştirak edib.
Növbəti TOEFL iBT imtahanının 12 aprel 2025-ci il tarixində keçirilməsi nəzərdə tutulur.
Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: https://dim.gov.az/az/fealiyyet/qebul-ve-imtahanlar/toefl-ibt