...

“e-bildiriş”in tərtibi, tətbiqi və uçotu Qaydaları” təsdiq edildi

Cəmiyyət Materials 1 Aprel 2025 12:27 (UTC +04:00)
“e-bildiriş”in tərtibi, tətbiqi və uçotu Qaydaları” təsdiq edildi
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“e-bildiriş”in tərtibi, tətbiqi və uçotu Qaydaları” təsdiq edilib.

Trend xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, “e-bildiriş”in tətbiqi ilə bağlı dövlət rüsumu üzrə mədaxil qəbzi”nin forması təsdiq edilib.

Bu Qaydalar “Dövlət rüsumu haqqında” Qanuna uyğun olaraq hazırlanıb və dövlət büdcəsinə dövlət rüsumunun hesablanması və ödənilməsi üçün “e-bildiriş”in tərtibi, tətbiqi və uçotu qaydalarını müəyyən edir.

“e-bildiriş” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)” informasiya sistemi” vasitəsilə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tərtib edilərək rəsmiləşdirilir.

Xəbər lenti

Xəbər lenti