...

Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu Hannover Messe sərgisində iştirak edib (FOTO)

Cəmiyyət Materials 4 Aprel 2025 11:00 (UTC +04:00)
Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu Hannover Messe sərgisində iştirak edib (FOTO)

Bakı. Trend:

Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu (Səlahiyyətli Qurum) dünyanın ən nüfuzlu sənaye sərgilərindən biri olan Hannover Messe 2025-də iştirak edib. 31 mart – 4 aprel tarixlərində Almaniyanın Hannover şəhərində keçirilən bu sərgi miqyasına, iştirakçı və ziyarətçi sayına görə dünya liderlərindən hesab olunur.

Sərgidə Səlahiyyətli Qurum ayrıca stendlə təmsil olunaraq, iştirakçılara Ələt Azad İqtisadi Zonasında investorlar üçün yaradılmış əlverişli işgüzar mühit barədə ətraflı məlumat təqdim edib. Səlahiyyətli Qurumun nümayəndə heyəti Almaniya, Çin, İtaliya, Türkiyə, Yaponiya, Hindistan, Cənubi Koreya və digər ölkələrdən olan şirkətlərlə görüşərək, onlara zonanın unikal qanunvericilik bazası, geniş maliyyə və qeyri-maliyyə güzəştləri, inkişaf etmiş nəqliyyat və logistika imkanları, istifadəyə hazır infrastruktur və mühəndis-kommunikasiya sistemləri ilə təchiz edilmiş sənaye torpaq sahələri barədə məlumat veriblər.

Ələt Azad İqtisadi Zonasının təqdim etdiyi üstünlükləri vurğulayan Səlahiyyətli Qurum nümayəndələri, xarici investorları burada istehsal müəssisələri qurmağa dəvət ediblər. Sərgi çərçivəsində keçirilən görüşlər, yeni investisiya imkanlarının yaradılması və investorların ölkəyə cəlb edilməsi istiqamətində vacib bir addım olub.

Xəbər lenti

Xəbər lenti