...

Buraxılış imtahanlarında markerlər 1,7 milyondan çox tapşırıq üzrə qiymətləndirmə aparıblar

Cəmiyyət Materials 8 Aprel 2025 11:30 (UTC +04:00)
Buraxılış imtahanlarında markerlər 1,7 milyondan çox tapşırıq üzrə qiymətləndirmə aparıblar
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bu il martın 2-də və 9-da keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında markerlər 1,7 milyondan çox tapşırıq üzrə qiymətləndirmə aparıblar.

Trend xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərlə iş şöbəsinin müdiri Aydın Qasımov deyib.

O bildirib ki, bir tapşırığın iki marker tərəfindən yoxlanıldığını nəzərə alsaq, 3,5 milyona yaxın qiymətləndirmə həyata keçirildiyi məlum olur.

Yazı işlərinin qiymətləndirilmə prosesinin hər bir tapşırıq üzrə ayrı aparılmasının faydalarından danışan A.Qasımov bununla markerlərin ardıcıl olaraq yalnız həmin tapşırığı işlədiyi üçün sürətli və keyfiyyətli yoxlama apara bildiklərini, istənilən bir şagirdin hər tapşırıq üzrə yazı işinin iki ayrı marker tərəfindən qiymətləndirilməsinin onun hər hansı işarələmə vasitəsilə yazı işini tanıtması cəhdlərini sıfra saldığını və bu qayda ilə hər şagirdin ümumi işinin ən az 20 müxtəlif marker tərəfindən yoxlanılmış olmasını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti