Xankəndi. Trend:
İnvestisiyaların cəlb olunması və rəqəmsallaşdırma iqtisadi artımın açarıdır.
Trend xəbər verir ki, bunu “Astana” Beynəlxalq Maliyyə Mərkəzinin (ABMM) rəhbəri Renat Bekturov ADA Universitetinin Xankəndi şəhərində keçirilən 7-ci Siyasi Forumunun gedişində bildirib.
Renat Bekturov maliyyə mərkəzinin nailiyyətlərindən və onun Qazaxıstanın və regionun inkişafında oynadığı roldan söz açıb.
O qeyd edib ki, ABMM investorların cəlb olunmasına təmayülü olan qanunvericiliyə malik unikal iqtisadi zonadır. Mərkəzdə 4 minə yaxın şirkət qeydiyyatdan keçib, fond birjası və bir sıra maliyyə qurumları fəaliyyət göstərir. ADA Universiteti ilə iqtisadi və maliyyə proseslərinin araşdırılmasına hədəflənmiş əməkdaşlıq da atılmış vacib addımlardandır.
ABMM rəhbəri rifahın ədalətli şəkildə paylanması məsələlərinə də xüsusi diqqət ayırıb.
“Bizim vəzifəmiz – iqtisadi artımın bütün vətəndaşlara xeyir gətirməsini təmin etməkdir”, - deyə o qeyd edib.
Bekturov kapital investisiyaların cəlb olunmasının vacibliyini vurğulayıb və riks və gəlirliliyin optimal nisbətini təklif edib. Bu kontekstdə prosessləri sürətləndirən və şəffaflığı artıran rəqəmsallaşdırma mühüm rol oynayır.