...

Ağdama qayıtdığım üçün həyəcanlanıram - Ağdam sakini

Cəmiyyət Materials 10 Aprel 2025 07:59 (UTC +04:00)
Ağdama qayıtdığım üçün həyəcanlanıram - Ağdam sakini
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Doğma Ağdama, yurduma qayıtdığım üçün həyəcanlanıram.

Bunu Trend-ə açıqlamasında Ağdam sakini Teyyubə Bağırova deyib.

Onun sözlərinə görə, doğma yurddan kənarda yaşamaq çox çətindir. Bu günlərə şükürlər olsun.

"Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin, Prezidentimizi qorusun.
Biz onların sayəsində bu gün öz yurdumuza firavan yaşamaq üçün qayıdırıq", - deyə o qeyd edib.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti