Bakı. Trend:
Mən fəxr edirəm ki, Xankəndidə həm valideyinlərim təhsil alıb, həm də özüm təhsil alıram.
Trend xəbər verir ki, bunu bu gün Xankəndidə ilk dəfə keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında iştirak edən Arif Həsənli deyib.
O valideyinlərinin və özünün əslən Xankəndidən olmasıyla yanaşı burada təhsil aldığına görə böyük qürur hissi keçirdiyini bildirib: “Doğrudan da çox qürurverici andır. İmtahanı da uğurla verdim. Özümdən yüksək nəticə gözləyirəm”.