...

Yanvar-fevral aylarında doğulan uşaqlar arasında oğlanlar üstünlük təşkil edir

Cəmiyyət Materials 15 Aprel 2025 10:43 (UTC +04:00)
Yanvar-fevral aylarında doğulan uşaqlar arasında oğlanlar üstünlük təşkil edir
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 15971 doğulan körpə qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,2-dən 9,7-yə düşüb.

Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,8 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,2 faiz olub.

Körpələrdən 570-i əkiz, 33-ü üçəm doğulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti