...

Bəzi qatarların hərəkətində gecikmələr müşahidə olunur - ADY

Cəmiyyət Materials 16 Aprel 2025 08:21 (UTC +04:00)
Bəzi qatarların hərəkətində gecikmələr müşahidə olunur - ADY
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

ADY ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz də çatdırılması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Trend bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir.

Qeyd olunub ki, güclü külək və leysan səbəbindən bəzi sahələrdə su yığılması, ağacın kontakt şəbəkənin üstünə aşması və elektrik enerjisinin kəsintisi kimi hallar qeydə alındığı üçün Abşeron dairəvi, Bakı–Ağstafa–Bakı və Bakı–Balakən–Bakı marşrutları üzrə qatarların hərəkətində gecikmələr müşahidə olunur.

“Baş verən bütün hallara qarşı öncədən hazırlıqlar görülüb və operativ reaksiya verilir. Hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edirik", - ADY-dən bildirilib.

Xəbər lenti

Xəbər lenti