...

Polis əməkdaşları tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülür - DİN

Cəmiyyət Materials 16 Aprel 2025 09:13 (UTC +04:00)
Polis əməkdaşları tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülür - DİN
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda müşahidə olunan hava şəraiti ilə əlaqədar polis əməkdaşları tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülür.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları hərəkət iştirakçılarının getdikləri ünvana təhlükəsiz şəkildə çatması üçün hazırda gücləndirilmiş rejimdə xidmətlərini paytaxt və bölgələrdə davam etdirirlər.

Hava şəraitinin yarada biləcəyi fəsadların qarşısının alınması və vaxtında aradan qaldırılması məqsədi ilə aidiyyəti dövlət qurumları ilə birgə zəruri işlər görülür, operativ tədbirlər həyata keçirilir. Hərəkətin təhlükəsizliyi tam təmin edilir. Köməyə ehtiyacı olan hər kəsə xidmətə cəlb edilmiş əlavə polis naryadları tərəfindən lazımi köməkliklər göstərilir.

Digər dövlət orqanları ilə birgə gecə saatlarından təşkil edilən fasiləsiz xidmət hazırda da davam etdirilir.

Xəbər lenti

Xəbər lenti