...

“Bağırov” tunelinə yığılan su çəkilib, hərəkət bərpa edilib

Cəmiyyət Materials 16 Aprel 2025 14:15 (UTC +04:00)
“Bağırov” tunelinə yığılan su çəkilib, hərəkət bərpa edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Nizami rayonu, Heydər Əliyev prospekti, “Bağırov” tunelinə yağış sularının yığılması səbəbindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə məlumat verilib.

Qeyd edilib ki, hər iki istiqamət ürzə nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindənisə bildirilib ki, Nazirliyin qüvvələri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, “Bağırov” körpüsü ərazisində, tuneldə aparılan suçəkmə əməliyyatı başa çatdırılıb.

Qeyd edilib ki, digər ərazilərdə həyata keçirilən müvafiq zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti