Ağdam. Trend:
Sel sularının əkin sahələrinə ziyan vurmaması üçün, texnikaları Qarqar çayının sahilinə cəlb etmişik. Digər tərəfdən də Xaçınçay çayından gələn sel sularını, həcmi 23 milyon kub olan Xaçınçay su anbarında toplayırıq ki, suvarmada istifadə edək.
Bunu Trend-ə açıqlamasında Ağdam Su Melorosiya sistemlərinin istismarı idarəsinin rəisi Hafiz Əzimzadə deyib.
O bildirib ki, Qeyri-sabit hava şəraiti ilə əlaqədar idarənin əməkdaşları gücləndirilmiş iş rejimində çalışır:
“Ağdam rayonu ərazisində Qarqar və Xaçın çayları keçir. Hal-hazırda Xaçınçayının axıb getməsinə imkan vermirik. Onu səmərəli istifadə edirik. Hazırda Xaçınçay su anbarında 20 milyon kub su var. Qarqar çayında isə saniyədə 30 kub su var. Texnikalarımız işləyir. Əkin sahələrinə, kəndə və əhaliyə ziyan dəyməməsi üçün var gücümüzlə çalışırıq. İdarə gücləndirilmiş iş rejimində işləyir, növbətçilik cədvəli yaradılıb. Bütün texnikalarımız canlı qüvvəmiz növbə çəkir. Hal-hazırda Qarqar çayında güclü iş gedir. Ehtimal yoxdu ki hansısa su basma olsun, çünki nəzarətimizdədi”, - o əlavə edib.