...

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Cəmiyyət Materials 20 Aprel 2025 16:10 (UTC +04:00)
Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bakı. Trend:

Aprelin 21-də Azərbaycanın avtomobil yollarında dumanlı hava şəraiti gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə bildiriblər ki, aprelin 21-də gecə və səhər saatlarında ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti müşahidə olunacaq.

Bu səbəbdən avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı proqnozlaşdırılır.

Dumanlı hava şəraitində yol hərəkəti iştirakçılarına aşağıdakı tədbirləri görmək tövsiyə olunur:

• Sürət həddini azaldın və yol şəraitinə uyğun hərəkət edin.

• Dönmə və əyləc manevrlərini əvvəlcədən planlaşdırın.

• Yaxın məsafədə olan nəqliyyat vasitələri ilə aranı qoruyun.

• Dumanlı hava şəraitində uzaq işıqları deyil, yaxın işıqları istifadə edin.

• Zərurət olmadıqda ötmə manevrindən çəkinin.

Yol hərəkəti təhlükəsizliyini təmin etmək məqsədilə sürücülərin bu tövsiyələrə əməl etməsi vacibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti