...

Birinci rübdə reabilitasiya xidmətləri göstərilən əlil uşaqların sayı məlum olub

Cəmiyyət Materials 21 Aprel 2025 14:34 (UTC +04:00)
Birinci rübdə reabilitasiya xidmətləri göstərilən əlil uşaqların sayı məlum olub
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Birinci rübdə əlilliyi olan 8,7 min uşağa reabilitasiya xidmətləri göstərilib.

Trend xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya mərkəzləri tərəfindən cari ilin birinci rübündə əlilliyi olan 8,7 min uşağa reabilitasiya xidmətləri göstərilib.

"Onlardan 5,9 min nəfəri ambulator, 431 nəfəri stasionar, digərləri icma əsaslı, onlayn və səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.

Bu kateqoriyadan olan uşaqlar Agentliyin paytaxtda yerləşən 1 və 2 saylı, habelə Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər",- deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti