...

Xərçəng hüceyrələrinin aşkarlanmasının qeyri-adi üsulu tapılıb

Cəmiyyət Materials 22 Aprel 2025 06:07 (UTC +04:00)

Bakı. Trend:

Tokio Universitetinin alimləri xərçəng hüceyrələrini sağlam hüceyrələrdən ayırmağın yeni, sadə üsulunu tapıblar. Araşdırmalar göstərib ki, hüceyrələrin hərəkət trayektoriyasına əsasən onların bədxassəli olub-olmadığını 94 faizə qədər dəqiqliklə müəyyən etmək mümkündür.

Trend xəbər verir ki, alimlər rəngləmə tələb etməyən fazalı-kontrast mikroskopiya üsulu ilə fibrosarkoma (bir növ birləşdirici toxuma şişi) və sağlam fibroblast hüceyrələrinin hərəkət davranışlarını müqayisə ediblər. Xüsusi alqoritm vasitəsilə sürət, trayektoriyanın dolanbaclığı və dönmə tezliyi kimi göstəricilər təhlil olunub.

Məlum olub ki, xərçəng hüceyrələri daha qeyri-sabit hərəkət edir və tez-tez istiqamət dəyişir. Bu fərqlər sistemə bədxassəli hüceyrələri tanımağa imkan verir.

Tədqiqatçılar bildiriblər ki, bu metod xərçəngin diaqnostikasını asanlaşdırır və laboratoriyalarda əlavə avadanlıq olmadan tətbiq oluna bilər. Həmçinin, bu yanaşma hüceyrə hərəkətliliyi ilə bağlı digər proseslərin öyrənilməsi üçün də yeni imkanlar açır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti