...

Aviasiyanın ətraf mühitə təsirinin azaldılması qaydaları təsdiq edilib

Cəmiyyət Materials 22 Aprel 2025 17:55 (UTC +04:00)
Aviasiyanın ətraf mühitə təsirinin azaldılması qaydaları təsdiq edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Aviasiyanın ətraf mühitə təsirinin azaldılması Qaydası” təsdiq edilib.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, bu qayda aviasiyanın ətraf mühitə təsirinin azaldılması ilə bağlı münasibətləri müəyyən edir.

Mülki aviasiyanın fəaliyyəti ilə bağlı ətraf mühitin mühafizəsi sahəsində ümumi koordinasiya işini Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi (bundan sonra - Agentlik) həyata keçirir.

Aviasiyanın ətraf mühitə təsirlərini azaltmaq üçün aşağıdakıların yerinə yetirilməsi vacibdir:

  • zərərli qazların atmosferə atılmasının azaldılması;
  • hava gəmilərinin qalxması, enməsi və uçuşu zamanı səs-küy çirklənməsi səviyyələrinin azaldılması;
  • istifadə olunan yanacağın effektivliyinin artırılması;
  • alternativ enerji mənbələrindən istifadənin təşviqi;
  • hava hərəkətinin idarə olunmasının və hava limanı əməliyyatlarının səmərəliliyinin artırılması;
  • texnoloji yeniliklərin tətbiqi.

Bu qaydanın tələblərinə əməl olunmasına ümumi nəzarəti Agentlik, ətraf mühitə təsirin qiymətləndirilməsi sahəsində isə nəzarəti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.

Bu qaydanın müddəaları fövqəladə hallar və ya humanitar yardım məqsədləri üçün nəzərdə tutulan uçuş əməliyyatlarına tətbiq edilmir.

Agentlik hava limanının (aeroportun), aerodromun və hava gəmisinin istismarçıları tərəfindən bu qaydanın tələblərinə əməl olunmasının effektivliyinin artırılması üçün təlimatlar hazırlayır.

Xəbər lenti

Xəbər lenti