...

Bəzi ərazilərdə qaz kəsiləcək

Cəmiyyət Materials 22 Aprel 2025 19:14 (UTC +04:00)
Bəzi ərazilərdə qaz kəsiləcək
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Sabunçu rayonunun və Sumqayıt şəhərlərinin bəzi ərazilərinin qaz verilişi müvəqqəti dayandırılacaq.

Trend xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.

Bildirilib ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində və Sumqayıt şəhərində görüləcək təmir işləri ilə əlaqədar 23.04.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

"Təmir-bərpa işləri aparılan müddətdə Sabunçu rayonu üzrə S.Cabbarov, H. Cavid, İnşaatçılar, T. Mustafayev, Hacinski, Anapli, Dostayevski, M.Maqamayev, Arasli, Q.Qarayev, N. İsmayılov, Ş.Kamilov, A. Pəri, Novruz, Axundzadə, Bakıxanov küçələrinin, Sumqayıt şəhəri üzrə isə 76-cı məhəllənin, Ceyranbatan qəsəbəsinin bir hissəsinin, MTN və Metallurq bağları ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - məlumatda vurğulanıb.

Xəbər lenti

Xəbər lenti