...

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yeni sədr təyin olunub

Cəmiyyət Materials 23 Aprel 2025 09:34 (UTC +04:00)
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yeni sədr təyin olunub
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yeni sədr təyin olunub

Trend xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildiirlib ki, Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə Ramin Alik oğlu Rzayev Nazirliyin tabeliyində Dövlət Tibb-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri təyin olunub.

Ramin Rzayev 1977-ci ildə anadan olub. 2000-ci ildə Türkiyə Respublikasının Ankara Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsini bitirib.

2003-2018-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin tabeliyində “Mərkəzi Klinika” MMC-nin Hüquq şöbəsinin müdiri, Təftiş Departamentinin sədri, 2019-2021-ci illərdə “Azeract Consulting” MMC-nin direktoru vəzifələrində çalışıb.

2021-ci ildən hazırkı vəzifəsinə qədər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini işləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti