Bakı.Trend:
III MDB Oyunlarının maskotları məlum olub.
Trend xəbər verir ki, enerjili, mehriban Bəbir və Leyla oyunların simvollarıdır.
Onlar Qafqaz bəbirinin obrazında yaradılmaqla, sadəcə simvol deyil, həm də Azərbaycanın zəngin təbiətini, gücünü və qonaqpərvərliyini parlaq şəkildə təcəssüm etdirirlər. Bu nadir heyvan ölkəmizin füsunkar guşələrində qədim dövrlərdən bəri məskunlaşıb.
Qeyd edək ki, bəbir Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş 5 fauna növünün qorunmasını əhatə edən "Böyük beşlik" Proqramına, Azərbaycan Respublikasının "Qırmızı Kitabına və sayı “kritik həddə olan növ" kateqoriyası altında Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahısı"na daxil edilmişdir.