Bakı.Trend:
Bakı və əsasən də regionlardan 3000-ə yaxın könüllünün III MDB Oyunlarına cəlb olunması gözlənilir.
Trend xəbər verir ki, bu barədə mətbuat konfransında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin insan resursları və işçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova deyib.
O bildirib ki, bölgələrdə bu istiqamətdə bir sıra tədbirlər görülür, gənclərlə maarrifləndirici görüşlər keçirilir. "Əsas məqsəd region gənclərinin bacarıqlarının inkişafına, onların beynəlxalq müstəvidə təcrübə və biliklərinin artmasına dəstək olmaqdır", - deyə o qeyd edib.
Xatırladaq ki, MDB Oyunlarına ilk dəfə 2021-ci ildə Rusiyanın Kazan şəhəri, 2023-cü ildə isə Belarusun paytaxtı Minsk ev sahibliyi edib. Azərbaycanın III MDB Oyunlarına ev sahibliyi etməsi təsadüfi deyil. Bu iri miqyaslı tədbirlərin təşkilatçısı kimi Azərbaycanın beynəlxalq arenada növbəti uğurudur.