Bakı. Trend:
Bu il buraxılış imtahanı verən məzunların nəticələri ilə bağlı ilkin statistik məlumatları araşdırmışıq.
Trend xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında Anlaşma Memorandumu imzalanması mərasimində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki,imtahanların gedişi qaneedicidir:
"Məzunların Azərbaycan dilindən nəticələri daha da yaxşılaşıb, riyaziyyat və xarici dil imtahanlarının nəticələri isə ötən ilki ilə eyni səviyyədədir".
Qeyd edək ki, bu gün Dövlət İmtahan Mərkəzi ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.