...

Qarabağın böyük turizm potensialı var - Barselonadan gələn səyyah

Cəmiyyət Materials 24 Aprel 2025 14:15 (UTC +04:00)
Qarabağın böyük turizm potensialı var - Barselonadan gələn səyyah
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Şuşa. Trend:

Qarabağın böyük, lakin hələki tam istifadə olunmamış turizm potensialı mövcuddur.

Bunu Trend-ə bu gün "NomadMania" səyyah klubunun Qarabağ və Şərqi Zəngəzur səfəri çərçivəsində Barselonadan olan səyyah Ksavye Kortal deyib.

Onun sözlərinə görə, o artıq bir neçə dəfə Azərbaycanda olub, lakin Qarabağa bu səfər onun ilk səfəri olub. Qarabağ regionu qonağda parlaq təəssürat yaradıb: "Bura çox gözəl və qonaqpərvər yerdir".

K.Kortal regionda baş verən müsbət dəyişiklikləri qeyd edib: "Müharibədən keçmiş bir çox ölkələrdə dağıntılar uzun müddətdir qalır. Amma burada görürsən ki, hər şey düzgün istiqamətdə gedir - siz regionu yenidən qurursunuz".

O, bölgənin turistik cəlbediciliyini də vurğulayıb: "Bura gözəl yerdir. Düşünürəm ki, gələcəkdə turizm mərkəzlərindən birinə çevrilmək üçün hər cür şans var", - K.Kortal bildirib.

Qeyd edək ki, bu gün dünyanın 30 ölkəsinin - ABŞ, Britaniya, Belçika, Almaniya, İsveçrə, Polşa, Niderland, Fransa, Braziliya, Mərakeş, Danimarka, Çili, Portuqaliya, Sierra Leone, Ruanda, Suriya, Hindistan, Serbiya, Yunanıstan, Albaniya, Türkiyə, Slovakiya, Sinqapur, İtaliya, İspaniya, İran, Kamerun, Çin, Avstraliya və Yeni Zelandiyanın səyyah elitasında yer alan nüfuzlu beynəlxalq səyahətçilərin Qarabağa səfəri başlayıb.

Heyət 3 gün ərzində Qarabağ və Şərqi Zəngəzurda olacaq, aparılan nəhəng bərpa və quruculuq işlərini, minatəmizləmə fəaliyyətini, Ermənistan tərəfindən işğal dövründə törədilmiş vəhşilikləri, dağıntıları müşahidə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti