...

Bəzi çaylarda sululuq artıb

Cəmiyyət Materials 25 Aprel 2025 09:44 (UTC +04:00)
Bəzi çaylarda sululuq artıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Çaylarda müşahidə olunan faktiki hidroloji vəziyyət açıqlanıb.

Milli Hidrometeoroloji Xidmətdən Trend-ə verilən xəbərə görə, avtomat hidroloji stansiyaların aprelin 25-i saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.

Qeyd edilir ki, Böyük Qafqaz ərazisindən axan Əyriçay-Ağyazıdə 2 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Tərtərçay-Kəlbəcərdə 17 sm, Zabuxçay-Bozluda 14 sm, Tərtərçay-Vəngdə 9 sm, Oxçuçay-Bürünlüdə 5 sm, Həkəriçay-Balasoltanlıda 4 sm artım qeydə alınıb.

Transsərhəd çaylarda Kür- Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 5 sm artıb, su sərfi 665 m3/san olmaqla normanın 93%-ni təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti