Bakı. Trend:
Stomatoloji xidmət sahəsində də müəyyən problemlər var. Çünki 5-6 ay kursda olan diş texnikləri özəl tibb müəssilərində fəaliyyət göstərirlər.
Trend xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı komitənin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
O bildirib ki, bir neçə təhlükəli xəstəliklərin məhz stomatoloji xidmətdən də yayılma ehtimalı var.
“Gələcəkdə stomatoloji xidmətlə bağlı qanunverici bazanın inkişaf etdirilməsi və ya ictimai dinləmənin, monitorinqlərin keçirilməsi çox vacibdir. Qanunların bu istiqamətdə də təkmilləşdirilməsi əhalinin xeyrinə olar”, - deyə deputat qeyd edib.