...

Gəncədəki Regional Kollecə rəhbər TƏYİNATLARI

Cəmiyyət Materials 25 Aprel 2025 17:14 (UTC +04:00)
Gəncədəki Regional Kollecə rəhbər TƏYİNATLARI
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən, Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Regional Kollecdə rəhbər vəzifələrə yeni təyinatlar olub.

Trend bu barədə Agentliyə istinadən məlumat verir.

Belə ki, Xoşqədəm Xudiyeva Regional Kollecin direktoru vəzifəsinə təyin edilib. O, bu təyinatadək kollecdə direktor səlahiyyətlərini həvalə əsasında icra etməklə yanaşı, tədris işləri üzrə direktor müavini vəzifəsini də yerinə yetirirdi. Agentliyin digər əmri ilə tədris işləri üzrə direktor müavini vəzifəsinə Aslan Quliyev təyin olunub. O isə bu təyinatadək kollecdə tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

Xoşqədəm Xudiyeva Gəncə Dövlət Universitetində “İngilis dili” ixtisası üzrə bakalavriat təhsilini başa vurub, 2022–2024-cü illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universiteti və ABŞ-ın Corc Vaşinqton Universiteti ilə birgə həyata keçirilən “Təhsilin təşkili və idarə olunması” ixtisası üzrə magistr proqramını uğurla tamamlayıb. 2010–2024-cü illər ərzində Gəncə və Bakı şəhərlərində pedaqoji fəaliyyətlə məşğul olub, həmçinin Təhsil İnstitutunda çalışıb.

Aslan Quliyev Azərbaycan Dillər Universitetində “İngilis dili müəllimi” ixtisası üzrə bakalavriat təhsili alıb. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universitetinin birgə “Təhsilin təşkili və idarə olunması” magistr proqramında təhsilini davam etdirir. 2017–2024-cü illər ərzində müxtəlif məktəb və liseylərdə pedaqoji və inzibati vəzifələrdə fəaliyyət göstərib. Xəzər Universiteti Dünya Məktəbinin Gəncə filialında tədris işləri üzrə koordinator və icraçı direktor, Avropa Azərbaycan Məktəbində isə tədris üzrə müdir müavini vəzifələrində çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti