...

Bu ilin ilk üç ayı ərzində qeydə alınmış cinayətin 87 faizi açılıb

Cəmiyyət Materials 25 Aprel 2025 18:24 (UTC +04:00)
Bu ilin ilk üç ayı ərzində qeydə alınmış cinayətin 87 faizi açılıb
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin I rübündə Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 7 829 cinayətin 87 faizi açılıb.

Trend xəbər verir ki, bunu bu gün Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında nazir general-polkovnik Vilayət Eyvazov deyib.

Onun sözlərinə görə, cinayətlərin dinamikasında 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,3 faiz və ya 1.101 fakt azalma qeydə alınıb.

"Ağır və xüsusilə ağır cinayətlər, şəxsiyyət əleyhinə olanlar, oğurluqlar, dələduzluqlar, soyğunçuluqlar, hədə-qorxu ilə tələb etmələr, xuliqanlıqlar, ictimai yerlərdə, qrup halında və ailə münaqişəsi zəminində baş verənlər, əvvəllər məhkum olunmuş şəxlər tərəfindən və odlu silahın tətbiqi ilə törədilən hüquqazidd əməllərin sayı azalıb", - nazir bildirib.

V.Eyvazov qeyd edib ki, qeyri-aşkar şəraitdə baş verən cinayətlərin, qəsdən adam öldürmələrin, qəsdən sağlamlığa ağır zərər vurmaların, şəxsiyyət əleyhinə olanların, xuliqanlıqların, oğurluqların, dələduzluqların, soyğunçuluqların, hədə-qorxu ilə tələb etmələrin və avtonəqliyyat vasitəsini qaçırmaların açılması yaxşılaşıb: "Qeyri-leqal dövriyyədən 1 ton 662 kiloqram, ötən ilin analoji dövrü ilə müqayisədə isə 333 kiloqram çox narkotik vasitə çıxarılıb. Əllərdə qanunsuz saxlanılan 2.309 odlu silah aşkarlanıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti