...

MEDİA onlayn və çap media subyektlərinə dəstək üçün müsabiqə elan edib

Cəmiyyət Materials 6 May 2025 12:30 (UTC +04:00)
MEDİA onlayn və çap media subyektlərinə dəstək üçün müsabiqə elan edib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Medianın İnkişafı Agentliyi (MEDİA) onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib.

Trend xəbər verir ki, bu barədə MEDİA məlumat yayıb.

Bildirilib ki, Media Reyestrinə daxil edilmiş ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri müsabiqədə iştirak edə bilər.

Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Medianın İnkişafı Agentliyinə təqdim edilir.

Müsabiqənin yekununda qalib elan edilmiş onlayn media subyektləri ilə Agentlik arasında həmin subyektlərin hər birinə aylıq 3000 (üç min) manat məbləğində maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanır və 6 (altı) ay müddətində qüvvədə olur.

Qeyd edək ki, müsabiqəyə 13 may 2025-ci il saat 18:00-dək müraciət etmək mümkündür. Müsabiqənin qaydaları ilə buradan ətraflı tanış ola bilərsiniz.

Bununla yanaşı, Medianın İnkişafı Agentliyi çap mediası subyektlərinə də dəstək üçün müsabiqə elan edib. Media Reyestrinə daxil edilmiş ictimai-siyasi qəzetlər müsabiqədə iştirak edə bilər.

Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Medianın İnkişafı Agentliyinə təqdim edilir.

Müsabiqənin yekununda qalib elan edilmiş qəzet redaksiyaları ilə Agentlik arasında maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanır və 6 (altı) ay müddətində qüvvədə olur.

Həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 5000 manat, həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 15000 min manat, qəzetin eyniadlı veb-saytına isə aylıq 3000 manat (əsaslı yenilənmə niyyəti ifadə ediibsə, ilk ay 5000 manat olmaqla) məbləğində maliyyə yardımı göstərilir.

Qeyd edək ki, müsabiqəyə 13 may 2025-ci il saat 18:00-dək müraciət etmək mümkündür. Müsabiqənin qaydaları ilə buradan tanış ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti