...

İstilik enerjisinin istehsalında bərpaolunan enerji mənbələrindən istifadə stimullaşdırılacaq

Cəmiyyət Materials 16 May 2025 13:01 (UTC +04:00)
İstilik enerjisinin istehsalında bərpaolunan enerji mənbələrindən istifadə stimullaşdırılacaq
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İstilik enerjisinin istehsalında bərpaolunan enerji mənbələrindən istifadə stimullaşdırılacaq.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan "İstilik təchizatı haqqında" qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, istilik enerjisinin istehsalında bərpaolunan enerji mənbələrindən istifadənin stimullaşdırılması "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Qanunla tənzimlənəcək.

İstilik qurğularında istilik enerjisinin istehsalı zamanı sudan istifadə Su Məcəlləsinə və digər normativ hüquqi aktlara uyğun həyata keçiriləcək.

İstilik enerjisinin istehsalı, paylanması və istehlakı zamanı enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Qanunla tənzimlənəcək.

İstilik istehsalçısı "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Qanunla müəyyən edilən enerji resurslarından səmərəli istifadəyə dair öhdəliklərə riayət etməlidir.

İstilik təchizatı subyektləri ətraf mühitin mühafizəsi üzrə texniki reqlamentlərə əməl etməklə onların pozulmasına görə məsuliyyət daşıyacaq və ətraf mühitə zərərli təsirin azaldılmasına yönəldilmiş texniki və təşkilati tədbirlər həyata keçirəcəklər.

Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti