...

Küçədə dilənçilik edən uşaq valideynindən alınmalıdır – Millət vəkili

Cəmiyyət Materials 16 May 2025 11:52 (UTC +04:00)
Küçədə dilənçilik edən uşaq valideynindən alınmalıdır – Millət vəkili
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Uşaqlarını dilənçiliyə sövq edən hansı valideyn ola bilər?! Uşağı yenidən həmin valideynə qaytarsan, o uşaqlar gələcəkdə başqa formada yenə eyni fəaliyyətə cəlb ediləcəklər. Bizdə xüsusi bir internat və ya hansısa bir mexanizm qurulmalıdır ki, küçədə dilənçilik edən hansısa uşaq tutuldusa, dərhal oraya göndərilməlidir və vaideynin əlindən alınmalıdır.

Trend xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatının müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, bu uşaqlara dövlət sahib çıxmalıdır.

“Dövlət həmin uşaqların yenidən hansısa formada küçəyə qayıtmalarına imkan verməməlidir. Çünki bu, gələcəkdə böyük problemlərin ortaya çıxmasına, bir nəslin məhv olmasına səbəb olacaq. Küçədə bir-birini döyən, fiziki xəsarət yetirən, əzişdirən həmin uşaqların ancaq həmin ərazidəki vətəndaşlar, polis qeydinə qalır. Lakin bu, çıxış yolu deyil”, - deyə F.Mustafa qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti