...

Şəhid Miriş Rüstəmovun nəşinin qalıqları Ağcabədidə dəfn olunub (FOTO)

Cəmiyyət Materials 16 May 2025 14:04 (UTC +04:00)
Şəhid Miriş Rüstəmovun nəşinin qalıqları Ağcabədidə dəfn olunub (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağcabədi.Trend:

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən biri olan Rüstəmov Miriş Məhəmməd oğlunun nəşinin qalıqları Ağcabədi şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub.

Trend-in bölgə müxbiri xəbər verir ki, şəhidlə vida mərasimi ailəsinin yaşadığı evdə keçirilib, cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub.

Sonra şəhidin nəşinin qalıqları Ağcabədi şəhərindəki Şəhidlər Xiyabanına gətirilib.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları ilə yanaşı, Ağcabədi Rayon İcra Hakimiyyətlərinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin nəşinin qalıqları yaylım atəşi altında torpağa tapşırılıb. Tabuta bükülmüş Azərbaycanın üçrəngli bayrağı şəhidin qardaşına verilib.

Qeyd edək ki, Rüstəmov Miriş Məhəmməd 1973-cü ildə Ağcabədi şəhərində anadan olub. Birinci Qarabağ müharibəsində Füzuli rayonunu ərazisində gedən döyüşlərdə iştirak edib. 1993-cü il avqustun 23-də Füzuli rayonunun Kürdmahmudlu kəndi istiqamətində itkin düşmüş hesab olunurdu. Miriş Rüstəmov naməlum şəhid kimi Füzuli rayonunda dəfn olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti