...

Bu marşrut avtobuslarının hərəkəti dəyişdirilir

Cəmiyyət Materials 16 May 2025 18:30 (UTC +04:00)
Bu marşrut avtobuslarının hərəkəti dəyişdirilir
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

508 və 521 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq dəyişdirilir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məlumat yayıb.

Bildirilir ki, mayın 17-dən “Pirşağı-Xırdalan-Novxanı-M4” avtomobil yolu layihəsi ilə əlaqədar, İlqar Abdullayev küçəsində (Masazır-Novxanı avtomobil yolu ilə birləşməsindən Saray Polis Bölməsinə qədər olan hissə) nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

"Məhdudiyyət səbəbindən 508 və 521 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Saray qəsəbəsinin Elnur Allahverdizadə küçəsi ilə təşkil ediləcək", - məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti