Bakı. Trend:
"ChatGPT" çatbotunun yaradıcısı olan Amerikanın "OpenAI" süni intellektdən istifadə etməklə proqramlaşdırma tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulmuş "Codex" alətinin ilkin baxış versiyasını təqdim edib.
Trend-in məlumatına görə, bu barədə şirkətdən məlumat verilib.
"Codex" eyni vaxtda proqram kodunun yazılması, ondakı səhvlərin aradan qaldırılması, testlərin aparılması və sualların cavablandırılması da daxil olmaqla bir neçə işi yerinə yetirə biləcək”, - deyə şirkətin açıqlamasında bildirilib.
Yeni həll proqram təminatının inkişafı üçün optimallaşdırılmış o3 modelinin versiyası olan codex-1 modelinə əsaslanır və Pro, Team və Enterprise tarif planları çərçivəsində ChatGPT istifadəçiləri üçün əlçatan olacaq.
Qeyd edilib ki, "Codex" tərtibatçılara daha çox tapşırıqlar yerinə yetirməyə kömək edəcək. Proqram "bulud" sistemi üzrə işləyir və 1-30 dəqiqə ərzində neticəni təqdim edə bilir.