...

“Tərtər işi” ilə bağlı ittiham olunan daha bir qrup şəxs hökmdən kassasiya şikayəti verib

Cəmiyyət Materials 17 May 2025 11:01 (UTC +04:00)
“Tərtər işi” ilə bağlı ittiham olunan daha bir qrup şəxs hökmdən kassasiya şikayəti verib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Tərtər işi” ilə bağlı ittiham olunan daha bir qrup şəxs- Cümşüd Qurbanov, Cavid Ağadadaşov, Fuad Axundov, Ramil Əhmədov, Fuad Ağayev barələrində olan hökmdən kassasiya şikayəti verib.

Trend xəbər verir ki, iş Ali Məhkəmənin hakimi İlqar Cəfərovun icraatına verilib.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Ramil Əhmədov 9 il 6 ay, Fuad Ağayev 13 il, Fuad Axundov 9 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Cavid Ağadadaşov və Qurban Cümşüdovun isə çəkdikləri cəza hesablanmaqla üzərlərində qəti olaraq 4 il azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

Qeyd edək ki, onlara Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti