...

Paytaxtın müxtəlif rayonlarında oğurluq edənlər saxlanılıblar

Cəmiyyət Materials 17 May 2025 13:36 (UTC +04:00)
Paytaxtın müxtəlif rayonlarında oğurluq edənlər saxlanılıblar
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Sabunçu rayonu ərazisində ayrı-ayrı 2 vətəndaşın yaşadıqları evlərdən naqil və təmir alətləri oğurlanıb. Nəticədə zərərçəkənlərə 2 min manata yaxın maddi ziyan vurulub.

Trend Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətmiş 32 yaşlı O.Həsənzadə saxlanılıb.

Yasamal rayonunda isə bir evdən 3500 manat dəyərində qızıl-zinət əşyası oğurlamış, əvvəllər dəfələrlə məhkum olunmuş 51 yaşlı A.Şahverdiyeva saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti