...

Cibdən ödənişlərin təxminən 30%-i dərman təminatı ilə bağlıdır - Ramil Muxtarzadə

Cəmiyyət Materials 19 May 2025 16:33 (UTC +04:00)
Cibdən ödənişlərin təxminən 30%-i dərman təminatı ilə bağlıdır -  Ramil Muxtarzadə
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Cibdən ödənişlərin təxminən 30%-i dərman təminatı ilə bağlıdır.

Bu sözləri Trend-ə özəl müsahibəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji inkişaf və iqtisadi təhlil departamentinin rəhbəri Ramil Muxtarzadə deyib.

O bildirib ki, cibdən ödənişlərin hesablanması üçün, adətən, məcmu məlumatlardan istifadə edilir.

"Çünki əhalinin birbaşa fərdi xərcləri olduğu üçün detallı məlumat tapılması çətindir. Bu səbəbdən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ölkə üzrə cibdən ödənişlərin alt komponentləri - xəstəlik qrupları, əhali qrupları və s. üzrə nəticələrin müəyyən edilməsi məqsədilə sorğu layihəsinin həyata keçirilməsi planlaşdırılır.

Lakin 2023-cü ildə ölkədə ümumi cibdən ödənişlərin məbləği 3.74 milyard manat təşkil edib. Dövlət Statistika Komitəsinin açıqlamasına görə, həmin il pərakəndə dərman satışı 1.15 milyard manat olub. Bu da onu göstərir ki, cibdən ödənişlərin təxminən 30%-i dərman təminatı ilə bağlıdır", - deyə Ramil Muxtarzadə vurğulayıb .

Məqalədə:
Xəbər lenti

Xəbər lenti