...

Bəzi qurumların işçilərinin maddi təminatı üçün yeni maliyyə mexanizmi tətbiq olunacaq

Cəmiyyət Materials 20 May 2025 12:00 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Yeni yaradılacaq “İCMAL” informasiya sisteminin saxlanılması üçün yeni maliyyə mexanizmi tətbiq olunacaq.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, “İCMAL” informasiya sisteminin saxlanılması, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması məqsədilə bu Məcəlləyə əsasən tətbiq edilən cərimələrdən dövlət büdcəsinə daxil olan vəsaitin 5 faizi həmin orqanın xəzinə hesabına köçürüləcək.

Qanun qəbul ediləcəyi təqdirdə, 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti